Bakı. 21 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiya ilə 919,285 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5% çoxdur.
Ticarət dövriyyəsinin 250,143 mln. dolları ixracın, 669,142 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,9%, idxal isə 23,3% artıb.
Hesabat dövründə Rusiyaya ixracın ümumi ixracda payı 4,53%-dən 3,39%-ə, Rusiyadan ixdalın ümumi idxalda payı isə 19,26%-dən 17,36%-ə düşüb.