​Azərbaycan parlamenti antidempinq haqqında qanun layihəsini təsdiqləyib

​Azərbaycan parlamenti antidempinq haqqında qanun layihəsini təsdiqləyib Bununla yanaşı, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi II oxunuşda təsdiq olunub
Biznes
31 May , 2016 16:01
​Azərbaycan parlamenti antidempinq haqqında qanun layihəsini təsdiqləyib

Bakı. 31 may. REPORT.AZ/ "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə olunaraq təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, layihə Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması məqsədi daşıyır. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana dempinqli, subsidiyalaşdırılmış idxalın qarşısında müvafiq tədbirlərin görülməsidir.

Qanun layihəsində 3 qrup tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Layihədə antidempinq, kompensasiya və mühafizə tədbirləri yer alıb. Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkədə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini minimallaşdırmaq üçün nəzərdə tutulub. 

Həmçinin, iclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi II oxunuşda müzakirə olunaraq təsdiq olunub. 

Qanun kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafı, kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. 

Kənd təsərrüfatı kooperasiyası kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə kənd təsərrüfatı kooperativləri və onların birlikləri vasitəsilə həyata keçirilən könüllü birgə fəaliyyətdir.

Son xəbərlər

Orphus sistemi