Yuxarı

Azərbaycan Naxçıvan MR-in iqtisadi təhlükəsizliyini daha da gücləndirmək istəyir

Naxçıvan MR-nın iqtisadi təhlükəsizliyi daha da gücləndiriləcək

“Azərbaycan və Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır. Bu əməkdaşlıq ölkələrimizin iqtisadiyyatı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir”.

“Report”un məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Bundan başqa, nazirin sözlərinə görə, iki ölkənin turizm sahəsində əməkdaşlığın inkişafı da uğurla davam edir: “2018-ci ildə Türkiyədən Azərbaycana səfər edənlərin sayı 291 259 nəfər təşkil edib və onlar 3-cü yerdə qərarlaşıblar. 2019-cu ilin ilk 8 ayında isə bu rəqəm 203 703 nəfər olub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artım deməkdir. Sentyabrın 1-dən isə 30 gün müddətinə Azərbaycana gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsi bu sayın daha da artmasına gətirib çıxaracaq”.

Nazir qeyd edib ki, Azərbaycan Naxçıvan MR-in iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Onun sözlərinə görə, bu çərçivədə türk iş adamlarına muxtar respublikada müxtəlif sahələrdə istehsal olunan keyfiyyətli məhsullar təklif edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi