Azərbaycan Kosovonun ÜGT-yə üzv qəbul edilməsinin əleyhinədir

Azərbaycan Kosovonun ÜGT-yə üzv qəbul edilməsinin əleyhinədir Bu məsələ təxminən 1 aydan sonra ÜGT-nin Brüsseldə keçiriləcək toplantısında müzakirə olunacaq
Biznes
14 İyun , 2017 11:56
Azərbaycan Kosovonun ÜGT-yə üzv qəbul edilməsinin əleyhinədir

Bakı. 14 iyun. REPORT.AZ/ Kosovonun Ümumdünya Gömrük Təşkilatına (ÜGT) üzv qəbul edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın, eləcə də bir sıra dövlətlərin mövqeyi üst-üstə düşür.

“Report”un məlumatına görə, bu barədə jurnalislərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, bu məsələ təxminən 1 aydan sonra ÜGT-nin Brüsseldə (Belçika) keçiriləcək toplantısında müzakirə obyekti olacaq.

“Həm Azərbaycanın, həm Rusiyanın, həm də bir sıra digər dövlətlərin ümumi mövqeyi ondan ibarətdir ki, tanınmamış ölkənin hər hansı beynəlxalq təşkilata üzv qəbul edilməsi yolverilməzdir. Bu məsələ bəzi dövlətlərin dəstəyi ilə qaldırılıb”, - deyə A.Əliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi