Yuxarı

Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 23% artıb - YENİLƏNİB

Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 23% artıb
© Report

"İki ölkə arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edir".

"Report" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Muhammed al Qubeysi çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün məclisin tərəfdaşlarının sayı 50 şirkəti ötüb: "Hazırda BƏƏ-nin üç aviaşirkəti ölkələr arasında fəaliyyət göstərir. Həmçinin turist axınının yüksək artımını müşahidə edirik".

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə dayanır: "Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. Lakin biz daha çox işlər görməliyik. Biz iqtisadi əlaqələrimizi təşviq etməyə davam edəcəyik".

Nazir qeyd edib ki, Dubayda Azərbaycan Ticarət Evi açılıb: "Bu isə BƏƏ-ni həmin regionda haba çevirir".

M.Cabbarov vurğulayıb ki, Azərbaycan BƏƏ-yə 350 milyon dollar investisiya yatırıb: "BƏƏ də Azərbaycana 2 milyard dollar investisiya yatırıb. Bunun da 900 milyon dolları qeyri-neft sektoruna qoyulub.


*** 19:04

Bakıda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 4-cü ticarət məclisi keçirilir. 

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nın İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mənsuri, BƏƏ-nin Azərbaycandakı səfiri və digər qurumların təmsilçiləri iştirak ediblər. 

Ticarət məclisində BƏƏ tərəfindən 20-dən çox nümayəndə iştirak edir. 

Qeyd edilib ki, cari ilin doqquz ayında Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 22,56 faiz artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi