Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 23% artıb - YENİLƏNİB

Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 23% artıb - YENİLƏNİB İki ölkə arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edir.
Biznes
12 Noyabr , 2019 19:42
Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 23% artıb - YENİLƏNİB
Report

"İki ölkə arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edir".

"Report" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Muhammed al Qubeysi çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün məclisin tərəfdaşlarının sayı 50 şirkəti ötüb: "Hazırda BƏƏ-nin üç aviaşirkəti ölkələr arasında fəaliyyət göstərir. Həmçinin turist axınının yüksək artımını müşahidə edirik".

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə dayanır: "Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir. Lakin biz daha çox işlər görməliyik. Biz iqtisadi əlaqələrimizi təşviq etməyə davam edəcəyik".

Nazir qeyd edib ki, Dubayda Azərbaycan Ticarət Evi açılıb: "Bu isə BƏƏ-ni həmin regionda haba çevirir".

M.Cabbarov vurğulayıb ki, Azərbaycan BƏƏ-yə 350 milyon dollar investisiya yatırıb: "BƏƏ də Azərbaycana 2 milyard dollar investisiya yatırıb. Bunun da 900 milyon dolları qeyri-neft sektoruna qoyulub.


*** 19:04

Bakıda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında 4-cü ticarət məclisi keçirilir. 

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nın İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mənsuri, BƏƏ-nin Azərbaycandakı səfiri və digər qurumların təmsilçiləri iştirak ediblər. 

Ticarət məclisində BƏƏ tərəfindən 20-dən çox nümayəndə iştirak edir. 

Qeyd edilib ki, cari ilin doqquz ayında Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 22,56 faiz artıb.

Son xəbərlər

Orphus sistemi