Yuxarı

Azərbaycan-Gürcüstan sərhədində yeni buraxılış məntəqəsi açılıb

Bu sərhəd-gömrük buraxılış məntəqəsi avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub

Bakı. 12 avqust. REPORT.AZ/ Sadıxlı-Mtkvari (Azərbaycan-Gürcüstan) sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb. Bu barədə "Report"a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, buraxılış Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında əldə edilmiş razılığa əsasən həyata keçirilib.

Razılığa əsasən, Sadıxlı-Mtkvari sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb və iş rejimi Bakı vaxtı ilə saat 08:00-dan 20:00-dək müəyyən edilıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi