Yuxarı
    Bağlamaq

    Azərbaycan biznesmenləri İndoneziyadakı iş imkanları ilə tanış olublar

    AMPURİ təşkilatın nümayəndələri üçün Azərbaycanın imkanları ilə bağlı təqdimat keçirilib

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Cakartada keçirilən Trade Expo İndonesia - 2016 ticarət sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti bu ölkədə bir sıra görüşlər keçiriblər.

    İndoneziyanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, “İpək yolu” sahibkarlığa dəstək ictimai birliyi və İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənanidən ibarət olan nümayəndə heyəti əvvəlcə İndoneziyanın həcc və ümrə ziyarətlərin təşkili ilə məşğul olan AMPURİ müsəlman assosiyasiyanın sədr müavini Çeppi Vahyu Hidayət (Cheppy Wahyu Hidayat) və baş katib Budi Firmansyahla (Budi Firmansyah) görüşüblər.

    Görüşdə bildirilib ki, ildə təqribən bir milyon indoneziyalı həcc və ümrə ziyarətləri üçün Səudiyyə Ərəbistanını ziyarət edir. Qeyd olunub ki, Azərbaycan İndoneziya vətəndaşları üçün vizaları hava limanlarında versə, indoneziyalılar dini ziyarətlərdən sonra Azərbaycana gəlib, bu ölkənin gözəlliyi ilə tanış ola bilərlər.

    Görüş zamanı AMPURİ təşkilatın nümayəndələri üçün Azərbaycanın imkanları ilə bağlı təqdimat keçirilib.

    Bundan başqa, nümayəndə heyətinin üzvləri İndoneziyada taxta, alüminium, parça, kağız qablaşdırma, dəniz məhsulları ilə məşğul olan biznesmenlərlə görüş keçiriblər, əməkdaşlıq imkanları nəzərdən keçirilib.

    Azərbaycanlı biznesmenlər eyni zamanda İndoneziyanın Şirebon şəhərini də ziyarət edəcəklər və orada mebel istehsal edən müəssisələrlə tanış olacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi