Yuxarı

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

​Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 1585 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 89,2% artaraq 70 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 1170 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 71,5% artaraq 1 274 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 42% artaraq 71 ədəd olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi