Bu ilin yanvar-may ayları ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 392,686 mln. dollar təşkil edib.
“Report”
Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi dövriyyədə payı 2,7% olub.
5 ay ərzində Azərbaycanın ABŞ-a ixracının dəyəri 7,941 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 193,623 mln. dollar və yaxud 25,4 dəfə azdır.
Hesabat dövründə Azərbaycanın ABŞ-dan idxalı isə 384,742 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 198,003 mln. dollar və yaxud 2,1 dəfə çoxdur.
Azərbaycanın ABŞ-a ixracı ölkənin ümumi ixracının 0,1%-nə, ABŞ-dan idxalı isə ölkənin ümumi idxalının 6,6%-nə bərabər olub.