Azərbaycan ABŞ-a ixracını 25 dəfədən çox azaldıb

Azərbaycan ABŞ-a ixracını 25 dəfədən çox azaldıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 392,686 mln. dollar təşkil edib.
Biznes
19 İyun , 2019 17:45
Azərbaycan ABŞ-a ixracını 25 dəfədən çox azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 392,686 mln. dollar təşkil edib. 

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,38 mln. dollar və yaxud 1,1% çoxdur.

Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi dövriyyədə payı 2,7% olub.

5 ay ərzində Azərbaycanın ABŞ-a ixracının dəyəri 7,941 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 193,623 mln. dollar və yaxud 25,4 dəfə azdır.

Hesabat dövründə Azərbaycanın ABŞ-dan idxalı isə 384,742 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 198,003 mln. dollar və yaxud 2,1 dəfə çoxdur.

Azərbaycanın ABŞ-a ixracı ölkənin ümumi ixracının 0,1%-nə, ABŞ-dan idxalı isə ölkənin ümumi idxalının 6,6%-nə bərabər olub. 

Son xəbərlər

Orphus sistemi