Azərbaycanda kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib

Azərbaycanda kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib Azərbaycanda kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib.
Biznes
20 May , 2019 13:37
Azərbaycanda kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib

Azərbaycanda kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib.

"Report" xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda forum keçirilib.

Bu formatda ilk dəfə olaraq təşkil olunan Forumda müxtəlif nazirliklərin, komitə və agentliklərin yanında fəaliyyət göstərən ictimai şuraların sədrləri və üzvləri, QHT təmsilçiləri, eləcə də sahibkarlar iştirak ediblər.

Tədbirdə dövlət qurumlarının fəaliyyətinə və onlar tərəfindən qəbul edilən qərarların səmərəliliyinə ictimai nəzarətin təmin edilməsinin əhəmiyyəti, bu sahədə ictimai şuraların fəaliyyətinin önəmi vurğulanıb, müxtəlif dövlət strukturlarının, xüsusilə də sahibkarlarla işləyən qurumların yanında fəaliyyət göstərən ictimai şuraların işi barədə məlumat verilib, kiçik və orta biznesin inkişafında ictimai şuraların rolunun artırılması məsələləri müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib.

Forumda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb, KOBİA tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərin və həyata keçirilən tədbirlərin, Agentlik yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ictimai şuraların önəmini qeyd edərək, qanunvericiliyin təkimilləşdirilməsi sahəsində keçirilən ictimai müzakirələrdə ictimai şura üzvü olan vətəndaş cəmiyyəti təsisatlarının mühüm rolunu diqqətə çatdırıb. Bildirilib ki, şəffaflığın artırılmasında da ictimai şuraların rolu əhəmiyyətlidir. Yaranmasından qısa müddət ötsə də, KOBİA yanında da İctimai Şura yaradılıb və onun müsbət fəaliyyətini görürük. Ə.Hüseynli belə forumların ayda bir dəfə müxtəlif ictimai şuralar tərəfindən təşkil olunmasının əhəmiyyətli olacağını da vurğulayıb.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov qeyd edib ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir və bu baxımdan 2018-ci ildə Agentlik yanında yaradılmış İctimai Şuranın fəaliyyətinə xüsusi önəm verilir. Bildirilib ki, KOBİA yanında İctimai Şura səmərəli fəaliyyəti ilə Agentliyin işində, xüsusilə sahibkarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə yeni layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, şura üzvülərinin rəy və təklifləri diqqətlə öyrənilir. N.Adilov belə forumların müxtəlif dövlət orqanları yanında fəaliyyət göstərən ictimai şuraların təşəbüsü ilə növbəti mərhələlərdə davam etdiriləcəyini və əsas məqsədin bu sahədə qarşılıqlı əməkdaşlığı gücləndirmək, vətəndaş cəmiyyəti institutlarının kiçik və orta biznesin inkişafı sahəsində aparılan islahatlarda yaxından iştirakını təmin etmək olduğunu bildirib.

KOBİA yanında İctimai Şuranın sədri, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, tədbirin belə formatda ilk tədbir olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Agentlik yanında İctimai Şura qurumda ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət arasında əlaqələrin genişləndirilməsi məqsədilə yaradılıb. Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Son xəbərlər

Orphus sistemi