“Audi” 800 mln. avro cərimələnib
Biznes
- 16 oktyabr, 2018
- 11:14
Bakı. 16 oktyabr. REPORT.AZ/ Almaniyanın məşhur avtomobil istehsalçısı - "Audi” şirkəti dizel yanacağı ilə işləyən avtomobillərində zərərli tullantılarla bağlı göstəriciləri təhrif etdiyi üçün 800 mln. avro cərimə ödəməli olacaq.
“Report” xəbər verir ki, bu barədə “Audi”nin daxil olduğu “Volkswagen” qrupu məlumat yayıb.
Qrupun internet səhifəsində yerləşdirilmiş bəyanatda qeyd olunur ki, ”Audi”nin istehsal etdiyi V6 və V8 dizel mühərriklərində və avtomobillərdə mövcud ekoloji tələblərə əməl olunmayıb. Odur ki, Münhen şəhər prokuroru şirkətin 800 mln. avro cərimə olunması barədə inzibati əmr verib. “Audi" bu cəriməni qəbul edib.
Bəyanatda həmin cərimənin şirkətin maliyyə vəziyyətinə təsir edəcəyi də bildirilir.
Son xəbərlər
17:36
"Milan" Dieqo Moreyranı transfer edəcək
Futbol17:34
SEPAH Trampın gizli danışıqlarla bağlı bəyanatlarını təkzib edib
Digər ölkələr17:31
Xocəsəndə su xəttində baş verən qəza aradan qaldırılıb
İnfrastruktur17:29
Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib
İnfrastruktur17:27
Mourinyo Martin Subimendinin "Real"a keçidinə müsbət yanaşır
Futbol17:26
Lekornyu: Hökumət yanğından zərər çəkmiş iki departamentə 12 milyon avro ayıracaq
Digər ölkələr17:17
Foto
Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
Mədəniyyət siyasəti17:15
İndoneziya səfirliyi Bakıda ölkənin müstəqilliyinin 81-ci ildönümünü qeyd edib
Xarici siyasət17:10
Foto
Video