Apreldə Bakıda beynəlxalq marketinq konfransı keçiriləcək

Apreldə Bakıda beynəlxalq marketinq konfransı keçiriləcək Tədbirdə dünyaca məşhur marketoloqlar iştirak edəcəklər
Biznes
11 Fevral , 2015 12:52
Apreldə Bakıda beynəlxalq marketinq konfransı keçiriləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Aprelin 16-17-də Bakıda sayca üçüncü "Marketing Kingdom" beynəlxalq konfransı keçiriləcək.

Tədbirin qızıl sponsoru olan "PAŞA Bank"dan "Report"a verilən məlumata görə, ötən illərdə olduğu kimi, "The P World" agentliyinin təşkilatçı olduğu bu tədbir dünyanın ən məşhur marketoloqları, həmçinin satış, korporativ kommunikasiya və brendinq sahəsində aparıcı mütəxəssisləri bir auditoriyada toplayacaq. “Google”, “Unilever”, “P&G”, “Twitter”, BBC, “Visa International”, “Rolls Royce” və s. dünyaca məşhur şirkətlərdə iş təcrübəsinə malik ekspertlər istehlak və rəqəmsal marketinq, mal və xidmətlərin təbliğ olunmasında sosial medianın istifadəsi və s. mövzularda təcrübəsi ilə bölüşəcəklər.

Hər il bir neçə ölkədə keçirilən ”Marketing Kingdom” beynəlxalq konfransı Avropada ən iri marketinq hadisələrindən biri sayılır. 

Son xəbərlər

Orphus sistemi