Yuxarı

Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bu məqsədlə Hindistanın kommersiya və sənaye nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək

Bakı. 12 fevral. REPORT.AZ/ Aprelin 6-7-də Bakıda Azərbaycan-Hindistan əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.

Səfir qeyd edib ki, iclasda iştirak etmək üçün Hindistanın kommersiya və sənaye naziri Nirmala Sitharamanın rəhbərlik etdiyi nümayəndə heyəti və biznes strukturlarının nümayəndələri Bakıya gələcəklər: "Xanım Sitharamanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşəcək. Görüşdə ticarət, mədəniyyət, nəqliyyat və başqa sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı perspektivlər müzakirə ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi