Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək Bu məqsədlə Hindistanın kommersiya və sənaye nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək
Biznes
12 Fevral , 2016 14:32
Apreldə Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ Aprelin 6-7-də Bakıda Azərbaycan-Hindistan əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası keçiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.

Səfir qeyd edib ki, iclasda iştirak etmək üçün Hindistanın kommersiya və sənaye naziri Nirmala Sitharamanın rəhbərlik etdiyi nümayəndə heyəti və biznes strukturlarının nümayəndələri Bakıya gələcəklər: "Xanım Sitharamanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşəcək. Görüşdə ticarət, mədəniyyət, nəqliyyat və başqa sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı perspektivlər müzakirə ediləcək".

Son xəbərlər

Orphus sistemi