Yuxarı
    Bağlamaq

    “Akkord”un törəmə müəssisəsinə yeni direktor təyin ediləcək

    “Akkord-Mingəçevir Maşınqayırma Zavodu”nun səhmdarlarının yığıncağı çağırılıb

    Bakı. 8 iyul. REPORT.AZ/ Avqustun 17-də, saat 11:00-da “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcək.

    “Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Mingəçevir şəhəri, Gəncə şossesi, 3 ünvanında olacaq.

    Yığıncağın gündəliyinə Cəmiyyətin yeni direktorunun seçilməsi, eləcə də təsis sənədlərinə edilən dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət olunması məsələləri daxildir.

    Xatırladaq ki, “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 193 262 manatdır. Müəssisə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəməsidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi