Bakı. 8 iyul. REPORT.AZ/ Avqustun 17-də, saat 11:00-da “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Mingəçevir şəhəri, Gəncə şossesi, 3 ünvanında olacaq.
Yığıncağın gündəliyinə Cəmiyyətin yeni direktorunun seçilməsi, eləcə də təsis sənədlərinə edilən dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət olunması məsələləri daxildir.
Xatırladaq ki, “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 193 262 manatdır. Müəssisə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəməsidir.