ADA Universitetində biznes sahəsi üzrə mentor təlimi təşkil olunub - FOTO

ADA Universitetində biznes sahəsi üzrə mentor təlimi təşkil olunub - FOTO Bakı. 17 fevral. REPORT.AZ/ Satış və marketinq təlimi üzrə mentor, “Baku Business Factory” İdarə Heyətinin üzvü Cavid Mövsümov Azərbaycan Diplomatik Akademiyasında (ADA) təlim keçirib.
Biznes
17 Fevral , 2018 15:33
ADA Universitetində biznes sahəsi üzrə mentor təlimi təşkil olunub - FOTO

Bakı. 17 fevral. REPORT.AZ/ Satış və marketinq təlimi üzrə mentor, “Baku Business Factory” İdarə Heyətinin üzvü Cavid Mövsümov Azərbaycan Diplomatik Akademiyasında (ADA) təlim keçirib.

“Report” xəbər verir ki, Cavid Mövsümov tələbələrə “Biznes və layihə idarəçiliyi”, “Biznes etikası” və “Korporativ görüşlərin təşkili” mövzuları ətrafında geniş məlumat verib.

Təlim ADA Universitetinin biznesə başlamaq istəyən gəncləri tərəfindən böyük maraqla qarşılanıb.

Mentor Cavid Mövsümov tələbələrə öz tövsiyələrini verib, onları maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, “Baku Business Factory” (BBF) azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi