Bakı. 17 fevral. REPORT.AZ/ Satış və marketinq təlimi üzrə mentor, “Baku Business Factory” İdarə Heyətinin üzvü Cavid Mövsümov Azərbaycan Diplomatik Akademiyasında (ADA) təlim keçirib.
“Report” xəbər verir ki, Cavid Mövsümov tələbələrə “Biznes və layihə idarəçiliyi”, “Biznes etikası” və “Korporativ görüşlərin təşkili” mövzuları ətrafında geniş məlumat verib.
Təlim ADA Universitetinin biznesə başlamaq istəyən gəncləri tərəfindən böyük maraqla qarşılanıb.
Mentor Cavid Mövsümov tələbələrə öz tövsiyələrini verib, onları maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, “Baku Business Factory” (BBF) azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi


