Yuxarı

Cavid Qurbanov: "Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir"

ABŞ-la ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində ikitərəfli görüş keçirilib.

Azərbaycan Dəmir Yolları”ndan "Report"a verilən məlumata görə, görüşdə 2015-2018-ci illərdə ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri, kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev iştirak edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. C.Qurbanov "Bakı-Tbilisi–Qars", Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, "Cənub-Qərb" nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.

Sonra ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Kontr-admiral Ron Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi