“Zəyəm Texnologiyalar Parkı”nın zərəri 10 % azalıb

Biznes
  • 04 iyul, 2024
  • 05:06
“Zəyəm Texnologiyalar Parkı”nın zərəri 10 % azalıb

“Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) 2023-cü ili 1,726 milyon manat zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 9,9 % azdır.

Bu il yanvarın 1-nə ZTP-nin aktivləri 22,874 milyon manat olub ki, bu da illik müqayisədə 1 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 11,4 % artaraq 14,678 milyon manata çatıb, balans kapitalı isə 17,4 % azalaraq 8,196 milyon manata düşüb.

ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə onun adı indikinə dəyişdirilib. Şirkətin nizamnamə kapitalı 18,305 milyon manat, əsas səhmdarı "AzMade Group" MMC-dir. Park lkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.