“Zəyəm Texnologiyalar Parkı”nın rəhbərliyi yenilənə bilər

“Zəyəm Texnologiyalar Parkı”nın rəhbərliyi yenilənə bilər İyunun 30-da, saat 11:00-da “Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Biznes
19 May , 2020 09:25
“Zəyəm Texnologiyalar Parkı”nın rəhbərliyi yenilənə bilər

İyunun 30-da, saat 11:00-da “Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Zəyəm Texnologiyalar Parkı”nın Müşahidə Şurasının yeni tərkibinin, eləcə də şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi və digər cari məsələlər daxildir.

Xatırladaq ki, "Zəyəm Texnologiyalar Parkı" 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında, 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Şirkət "Synergy Group" ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi