Yunanıstan Azərbaycana çilçıraq ixracını bərpa edib

Biznes
  • 07 iyul, 2022
  • 12:26
Yunanıstan Azərbaycana çilçıraq ixracını bərpa edib

2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 7,245 min ABŞ dolları dəyərində 1 min 269 ton çilçıraq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,4 %, kəmiyyət olaraq – 23,4 % çoxdur.

Hesabat dövründə Çindən 5,059 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 32,4 % artıb) 1 min 149 ton (+31 %), Türkiyədən 1,042 milyon ABŞ dolları dəyərində (+39 %) 73,28 ton (-12,2 %), İtaliyadan 496,44 min ABŞ dolları dəyərində (-26 %) 19,98 ton (-29 %), Almaniyadan 97,83 min ABŞ dolları dəyərində (+4,1 dəfə) 0,41 ton (+7,9 %), İspaniyadan 88,16 min ABŞ dolları dəyərində (-21,2 %) 3,31 ton (+20 %) məhsul alınıb.

Bir il 2 ayın tamamında Yunanıstandan tədarük bərpa edilib. Azərbaycana bu ölkədən 2,03 min ABŞ dolları dəyərində 0,06 ton çilçıraq gətirilib.