Yüksək Texnologiyalar Parkının yeni rezidenti fəaliyyətə başlayıb

Yüksək Texnologiyalar Parkının yeni rezidenti fəaliyyətə başlayıb AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “Proline Chemicals” MMC texnoparkda müəssisə üçün nəzərdə tutulan ərazidə istehsalat prosesinə başlayıb.
Biznes
16 İyun , 2022 17:06
Yüksək Texnologiyalar Parkının yeni rezidenti fəaliyyətə başlayıb

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “Proline Chemicals” MMC texnoparkda müəssisə üçün nəzərdə tutulan ərazidə istehsalat prosesinə başlayıb.

"Report" xəbər verir ki, müəssisə mikro- və makrosilikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nano-hissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə məşğul olur.

Belə ki, “Proline Chemicals” MMC-də avtomobil texniki mayeləri, avtomobil kimyası, avtomobil qulluq vasitələri, avtomobil kosmetikası, sənaye-kimyəvi vasitələri, məişət kimyası üçün yüksək keyfiyyətli yuyucu və təmizləyici vasitələr, hotel biznesi və çamaşırxanalar üçün yuyucu, təmizləyici və dezinfeksiyaedici vasitələrin istehsalı həyata keçirilir.

Müəssisədə istehsal olunan məhsullar avtomobillərin lak-boya örtüyü, avtomobil şüşələri (ön, yan və arxa), faraları və güzgüləri, məişət avadanlıqları (pəncərə şüşələri, kafel, metlax, duş kabinələrinin şüşələri, keramik çanaqlar), eləcə də inzibati binaların şüşə səthlərində tətbiq olunma imkanına malikdir.

Qeyd edək ki, “Proline Chemicals” MMC mövcud istehsal bazası əsasında AMEA YTP ərazisində icra etdiyi layihə üzrə istehsal üçün tələb olunan bütün lazımi mühəndis-kommunikasiya xətləri ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi