Yerli vergi orqanlarının rəhbərliyində dəyişikliklər aparılıb

Yerli vergi orqanlarının rəhbərliyində dəyişikliklər aparılıb Bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı müəyyən edilib
Biznes
30 Yanvar , 2015 21:56
Yerli vergi orqanlarının rəhbərliyində dəyişikliklər aparılıb

BAKI. 30 yanvar. REPORT.AZ/ Ölkə iqtisadiyyatının dinamik inkişafı vergi sisteminin də durmadan təkmilləşdirilməsini, Vergilər Nazirliyinin ayrı-ayrı strukturlarının, eləcə də yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkil olunmasını tələb edir.

"Report" xəbər verir ki, Vergilər Nazirliyi tərəfindən müntəzəm olaraq aparılan monitorinqlər nəticəsində son vaxtlar bəzi vergi orqanlarında vergi nəzarətinin lazımi səviyyədə təşkil olunmadığı, vergi ödəyiciləri ilə aparılan işlərdə nöqsanlara yol verildiyi müəyyən edilib.

Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə 3, 4, 6, 9 saylı Ərazi Vergilər İdarələrinin rəisləri vəzifələrindən azad edilib, həmin vergi orqanlarının rəhbərliyi gücləndirilib.

Son xəbərlər

Orphus sistemi