Yeni nəsil kassa aparatları ilə builki dövriyyə 14 milyard manata çatıb

Biznes
  • 10 dekabr, 2021
  • 06:45
Yeni nəsil kassa aparatları ilə builki dövriyyə 14 milyard manata çatıb

İndiyə qədər Azərbaycanda 50 653 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, bu ilin yanvar-noyabr aylarında həmin aparatlar üzrə dövriyyə təxminən 14 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 85,8% çoxdur.

44 filmi