“Yaşıl Bazar”ın sahibi adını və təşkilati-hüquqi formasını dəyişir

Biznes
  • 13 yanvar, 2022
  • 10:17
“Yaşıl Bazar”ın sahibi adını və təşkilati-hüquqi formasını dəyişir

"Qaya-M LTD" MMC təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, yenidən təşkil edilmiş müəssisənin adı isə "Green Food Group" QSC olacaq.

Xatırladaq ki, "Qaya-M LTD" 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 490 manat, Qanuni təmsilçisi isə Zahid Zakir oğlu Həsənovdur. Şirkət həm də Bakı şəhəri Xətai prospektində yerləşən “Yaşıl Bazar”ın sahibidir.

44 filmi