Yaponiyada 70 mindən çox insan pandemiyaya görə işsiz qaldı

Yaponiyada 70 mindən çox insan pandemiyaya görə işsiz qaldı Pandemiyası Yaponiyada iaşə sektorunu tamamilə sıradan çıxarıb və işsiz qalanların çox hissəsi bu sektroda çalışanlardır.
Biznes
10 Noyabr , 2020 13:04
Yaponiyada 70 mindən çox insan pandemiyaya görə işsiz qaldı

Yaponiyada koronavirus pandemiyasına görə 70 mindən çox insan iş yerlərini itirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yayıb.

Qeyd edilib ki, 2020-ci ilin yanvarın 6-dan etibarən bu günə qədər 70 242 nəfər iş yerlərini itiriblər.

Koronavirus pandemiyası Yaponiyada iaşə sektorunu tamamilə sıradan çıxarıb və işsiz qalanların çox hissəsi bu sektroda çalışanlardır. Restoranlarda çalışan 10 445 nəfər işsiz qalıb. Pərakəndə sektorda 9 378 nəfər, turizm sektorunda 8 614 nəfər iş yerini itirib.

Xatırladaq ki, Beynəlxalq Əmək Təşkilatının elan etdiyi məlumata görə koronavirus pandemiyasına görə iş yerlərini itirənlərin sayı 1,6 milyard nəfəri keçməsi gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi