Yaponiya Azərbaycandan gil idxalını bərpa edib
- 06 sentyabr, 2022
- 12:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 6,05 milyon ABŞ dolları dəyərində 85 min 085 ton gil (bentonit) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,5 %, kəmiyyət olaraq – 3,3 % çoxdur.
Rusiyaya 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 16,1 % artıb) 74 min 158 ton (+3 %), Belarusa 572 min ABŞ dolları dəyərində (+2 dəfə) 3 min 172 ton (+91,2 %), Polşaya 442 min ABŞ dolları dəyərində (+27,7 %) 5 min 152 ton (-32,6 %), Yaponiyaya 216 min ABŞ dolları dəyərində 878,4 ton və İndoneziyaya 102 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 1 min 725 ton (+3,5 dəfə) məhsul satılıb.
Üç il 1 aylıq fasilənin ardından Yaponiyaya tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycana 981 min ABŞ dolları dəyərində 4 min 874 ton gil (bentonit, odadavamlı, digər) idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 14,5 % və 34,6 % azdır.
Türkiyədən 313 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 60 % artıb) 1 min 083 ton (+76 %), Gürcüstandan 138 min ABŞ dolları dəyərində 612,1 ton (bir il əvvəl tədarük olmayıb), Polşadan 34 min ABŞ dolları dəyərində 207 ton (tədarük olmayıb), Braziliyadan 71 min ABŞ dolları dəyərində (+45 %) 41,4 ton (+13,9 %), Çindən 18 min ABŞ dolları dəyərində (-36,6 %) 26,3 ton (+2,7 dəfə) məhsul alınıb.