Yaponiya avtomobillərinin yerli distribyutoru nizamnamə kapitalını azaldır

Biznes
  • 06 oktyabr, 2023
  • 08:41
Yaponiya avtomobillərinin yerli distribyutoru nizamnamə kapitalını azaldır

Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Subaru" şirkətinin Azərbaycanda rəsmi və yeganə distribyutoru olan “Subaru Azərbaycan” MMC nizamnamə kapitalını azaldır.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, azalmanın nə qədər olacağı açıqlanmayıb.

Xatırladaq ki, “Subaru Azərbaycan” 2006-cı ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 3,7 milyon manatdır.