2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayında qeyd edilib.
Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 3,7 % artıb.
2021-ci ilin yanvar ayı ərzində Türkiyəyə 52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrəyə 10 milyon, Gürcüstana 6,4 milyon və Çinə 4,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-ci ilin yanvar - fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.
2021-ci ilin iki ayı ərzində meyvə-tərəvəz ixracı 37 milyon, pambıq lifi ixracı 14,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 milyon, kimya sənayesi məhsullarının ixracı 3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 milyon, pambıq ipliyi ixracı 3,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 1 milyon, şəkər ixracı 1,5 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 1,7 milyon, çay ixracı 760 min ABŞ dolları təşkil edib.