Yanvarda Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 27 % azaldıb

Biznes
  • 17 fevral, 2023
  • 14:08
Yanvarda Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 27 % azaldıb

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 mənzil alıblar.

Bu barədə “Report” Türkiyənin Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilib ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 24 mənzil və ya 27 % azdır.

Yanvar ayında Türkiyədə xarici vətəndaşlara ümumilikdə 4 198 mənzil satılıb. Bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 0,85 % azdır.

Bu ilin yanvar ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 1 557 mənzil alıblar ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 526 mənzil alıblar ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 30,9 % azdır.

İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə yanvarda 229 mənzilə sahib olub ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2,2 dəfə azdır.

44 filmi