Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.
Biznes
122
29 Noyabr , 2021 13:27
Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, İrandan ölkəmizdən tranzit keçməklə Rusiyaya "Xurma" yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili "Astara" gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının alt hissəsində, yataq yerinin altında, nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsində və iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində gömrük nəzarətindən gizlədilən 1215 həb, 122 flakon, 5 ədəd şprisdə maye halında olan müxtəlif adda dərman preparatları, 73 ədəd dərman preparatına aid olan karton qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi