“Xpeng” yeni elektron bələdçisini təqdim etdi

“Xpeng” yeni elektron bələdçisini təqdim etdi Çinin elektromobil istehsalçılarından “Xpeng” şirkəti yeni elektron bələdçisi olan “Navigation Guided Pilot” (NGP) sisteminin tətbiqinə başlayıb.
Biznes
27 Yanvar , 2021 15:39
“Xpeng” yeni elektron bələdçisini təqdim etdi

Çinin elektromobil istehsalçılarından “Xpeng” şirkəti yeni elektron bələdçisi olan “Navigation Guided Pilot” (NGP) sisteminin tətbiqinə başlayıb.

“Report” “CNBC”yə istinadən xəbər verir ki, bu gündən “P7” luks sedanlarında da tətbiq edilməyə başlayan NGP internetdən yükləməklə əldə edilir.

“Xpilot 3.0” sürücüyə yardım proqramının tərkib hissəsi olan bu sistem hərəkət zolağını dəyişdirmək, yola və ya yoldan çıxmaq, sürəti artırıb-azaltmaq, ötmə əməliyyatını icra etmək imkanı yaradır.

Qeyd edək ki, “Xpilot 3.0” proqramını Wi-Fi vasitəsilə yükləmək üçün şirkətin özəl “Xmart” əməliyyat sistemi də yaradılmışdı. Bu sistemin son 2.5.0 versiyası “P7”lərin bütün variantları üçün uyğundur.

2014-cü ildə təsis edilən “Xpeng” şirkəti hazırda “G3” elektrik SUV-u və “P7” elektrik sedanı istehsal edir. Şirkətin ilk sərmayədarları arasında “Alibaba” və “Foxconn” da var.

Son xəbərlər

Orphus sistemi