Xorvatiya şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Xorvatiya şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır Bu həftənin sonunda Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç və ölkənin İqtisadi Palatasının nümayəndələri Azərbaycana səfər edəcək
Biznes
180
20 Oktyabr , 2016 12:32
Xorvatiya şirkətləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Bakı. 20 oktyabr. REPORT.AZ/ Xorvatiya şirkətləri Azərbaycan bazarını araşdırmaq və buradakı mövcudluqlarını genişləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Xorvatiya KİV-i məlumat yayıb.

Bu həftənin sonunda Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç və Xorvatiyanın 38 şirkətindən olan nümayəndə heyətinə rəhbərlik edəcək ölkənin İqtisadi Palatasının nümayəndələri Azərbaycana səfər edəcək.

Azərbaycana səfər edəcək şirkətlər arasında "Podravka", "DIVGroup", DOKING, "Koncar EI", "Galeb" və "Ingra" kimi şirkətlər var.

"Podravka" şirkətinin bəyanatında deyilir ki, onlar artıq kiçik məhsul xətti ilə Azərbaycan bazarında mövcuddur.

"Bazarın potensialının çox böyük olduğunu bilirik. Bizdə artıq bu bazara uyğunlaşmış məhsullar var. Bu təşəbbüsü alqışlayırıq və bunun bizə daha çox biznes sazişləri gətirəcəyinə ümid edirik", - şirkətin bəyanatında deyilir.

Öz növbəsində, DOKING şirkətinin sahibi Vekoslav Majetiç rəhbərlik etdiyi şirkətin artıq Azərbaycanla əməkdaşlıq qurduğunu qeyd edib.

"Biz artıq orada təmsil olunuruq, lakin mümkün olacağı təqdirdə əməkdaşlığımızı genişləndirmək, yeni təşəbbüslər həyata keçirmək istəyirik", - deyə o vurğulayıb.

İş adamlarının fikrincə, iki ölkə arasında gələcək əməkdaşlıq üçün potensial vəd edən sektorlar energetika, metallurgiya, maşınqayırma, kənd təsərrüfatı, aqrar sənaye, neft-qaz sektoru, kimya sənayesi, qida emalı, gəmiqayırma, infrastruktur layihələri və turizmdir.

Son xəbərlər

Orphus sistemi