“Xəzər-Lada” səhmdarlarına dividend ödəyəcək
- 20 sentyabr, 2022
- 05:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 20-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Xırdalan şəhərində - Bakı-Sumqayıt şossesinin 16-cı km-liyində olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2022-ci ilin I yarısının yekunları üzrə maliyyə hesabatınn təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30 %-i Aleksandr Nikiforova, 29,8 %-i Lyudmila Nazarenkoya, 19,4 %-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6 %-i Naməddin Qasımzadəyə, 8,2 %-i 147 fiziki şəxsə məxsusdur.