“Xəzər-Lada”nın xalis mənfəəti 8% artıb

“Xəzər-Lada”nın xalis mənfəəti 8% artıb “Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10,042 mln. manat təşkil edib.
Biznes
29 Aprel , 2019 09:53
“Xəzər-Lada”nın xalis mənfəəti 8% artıb

“Xəzər-Lada” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10,042 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,8% azdır.

2018-ci ildə “Xəzər-Lada”nın cəmi öhdəlikləri 92,2% azalaraq 500 min manata manata düşüb, cəmi kapitalı isə 1,7% artaraq 9,543 mln. manata çatıb.

Ötən il “Xəzər-Lada”nın gəlirləri 16,446 mln. manat (əvvəlki ilə nisbətən 21,05% çox), xərcləri isə 16,175 mln. manat (21,3% çox) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 271 min manat (8,4% çox) olub ki, bunun da 54 min manat mənfəət vergisinin ödənilməsinə yönəldilib. Bununla da, biznes strukturu 2018-ci ili 217 min manat xalis mənfəətlə başa vurub.

Şirkətin xalis mənfəətinin 20%-ni yığıma, 50%-ni istehlak fonduna, 30%-ni isə dividendlərə yönəldib.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi