Xəqani Abdullayev: “2019-cu ildə vergi güzəştlərinin əhatəsini genişləndirmək üçün təkliflər vermişik”

Xəqani Abdullayev: “2019-cu ildə vergi güzəştlərinin əhatəsini genişləndirmək üçün təkliflər vermişik” Bakı. 19 dekabr. REPORT.AZ/ “2019-cu ildə vergi güzəştlərinin əhatəsini genişləndirmək üçün təkliflər vermişik”.
Biznes
19 Dekabr , 2018 11:28
Xəqani Abdullayev: “2019-cu ildə vergi güzəştlərinin əhatəsini genişləndirmək üçün təkliflər vermişik”
Vergilər nazirinin müşaviri Xəqani Abdullayev / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ “2019-cu ildə vergi güzəştlərinin əhatəsini genişləndirmək üçün təkliflər vermişik”.

“Report” xəbər verir ki, bunu Dünya Bankının təşkil etdiyi "Azərbaycanda İnkişaf Kapitalı üzrə Forum"da çıxış edən vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.

Onun sözlərinə görə, bu təkliflər bir sıra əsas sahələrə qoyulan investisiyalar üzrə vergi güzəştləri ilə bağlıdır:

"Hazırda dərslik, uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya müəssisələri ƏDV-dən azaddır. Eyni zamanda, ödənişli təhsil xidmətlərinin göstərilməsi də ƏDV-dən azaddır. Bundan başqa, təhsil, səhiyyə və idman müəssisələrinin yalnız təyinatı üzrə istifadə edilən obyektləri üzrə əmlak vergisi ilə bağlı vergi güzəştləri mövcuddur. Növbəri il üçün elm, təhsil, idman, mədəniyyət və bu kimi sahələrə yönəldilən vəsaitlərə görə mənfəət vergisi üzrə 10 il müddətinə vergi güzəştlərinin edilməsi təklif edilib. Eyni zamanda, təhsil müəssisələri və sağlamlıq imknaları məhdud insanların təhsil alması üçün nəzərdə tutulan müəssisələrin də mənfəət vergisindən azad edilməsi təklif olunub".

Nazir müşaviri deyib ki, 2019-cu ildə kölgə iqtisadiyyatınln aaldılması üçün də bir sıra təkliflər verilib:

"Bu istiqamətdə Dünya Bankı ilə intensiv dialoq həyata keçirmişik, həmçinin bir sıra texniki yardım proqramları müəyyənləşdirilib".

X.Abdullayev aksizli mallar və məcburi markalanmalı məhsullara nəzarətin daha da gücləndirilcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi