Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun növbəti iclası keçiriləcək

Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun növbəti iclası keçiriləcək Mayın 24-də “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupununvideo-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Biznes
20 May , 2022 11:04
Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun növbəti iclası keçiriləcək

Mayın 24-də “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda 2022-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planının müvafiq bəndlərinin icrasından irəli gələn məsələlərin müzakirə edilməsi, o cümlədən ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, habelə xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında fikir mübadiləsinin aparılması planlaşdırılır.

Müzakirələrə aidiyyəti dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər aidiyyəti qurumların məsul şəxsləri qatılacaq.

Qeyd olunan fəaliyyət sahəsi üzrə maraqlı olan şəxslər www.azranking.az internet səhifəsinin “onlayn müraciət” bölməsinə daxil olaraq müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi