Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1% artıb Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
16 İyun , 2020 14:57
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 1% artıb
Report

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9% azdır.

5 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard dolları ixracın, 4,2 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 19,1%, idxal isə 28,6% azalıb.

Son nəticədə xarici ticarətdə 2,8 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 0,9% çoxdur. 

Son xəbərlər

Orphus sistemi