Xarici qeydiyyatlı avtomobillərin Azərbaycana gətirilməsi qaydası dəyişdi
- 20 mart, 2020
- 21:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti "Fiziki şəxslərin istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydalar Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən hazırlanıb.
Dəyişikliyə əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrini və onların qoşqularını (yarımqoşqularını) qeyri-rezidentlərin müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirməsinə hər təqvim ili ərzində ümumilikdə 90 gün müddətinə qədər, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və yaxud ölkədə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkədə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə veriləcək.
Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.