"Xalq Bank"ın ayaqqabı fabriki xalis mənfəətini 3 dəfə artırıb
- 25 may, 2022
- 05:06
"Bakı Ayaqqabı-2" ASC 2021-ci ili 296 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,7 dəfə çoxdur.
Ötən il "Bakı Ayaqqabı-2"nin vergiyəqədərki mənfəəti 306 min manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 10 min manat (16,7% az) təşkil edib.
Bu il yanvarın 1-nə " Bakı Ayaqqabı-2"nın aktivləri 7,983 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 33,3 % artaraq 8 min manata düşüb, balans kapitalı isə 3,9 % artaraq 7,974 milyon manata çatıb.
Xatırladaq ki, “Bakı Ayaqqabı-2” SSRİ dövründən fəaliyyət göstərən ayaqqabı fabrikinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 588 288 manatdır. Müəssisənin əsas səhmdarı “Xalq Bank” ASC-dir (98,45%).