Xaçmaz KOB evində on mininci xidmət göstərildi

Xaçmaz KOB evində on mininci xidmət göstərildi KOB evində 150-yə yaxın dövlət xidməti göstərilir
Biznes
26 Avqust , 2020 13:52
Xaçmaz KOB evində on mininci xidmət göstərildi

Sahibkarlara dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin vahid məkanda təqdim olunduğu Xaçmaz KOB evi tərəfindən on mininci xidmət göstərilib.

Bu barədə “Report” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, on mininci müraciət mənşə sertifikatı almaq üçün KOB evinə müraciət etmiş sahibkara hazır sənədin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, Xaçmaz KOB evində sahibkarlara İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və digər qurumlar tərəfindən 150-yə yaxın dövlət xidməti göstərilir. KOB evində həmçinin, sahibkarlıq subyeklərinə bank, sığorta, lizinq, broker, tərcümə və s. kimi 100-dək zəruri biznes-biznes xidmətləri təqdim olunur.

Xaçmaz KOB evinin əsas üstünlüyü bura müraciət edən sahibkarların vaxta və əməliyyat xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, dövlət-biznes və biznes-biznes xidmətlərinin bir məkanda göstərilməsi, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. KOB evində sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97% təşkil edir.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı Xaçmaz KOB evində sahibkarlara xidmətlərin göstərilməsi zamanı karantin rejiminin tələblərinə tam şəkildə riayət olunur. 

Son xəbərlər

Orphus sistemi