“Walmart” 150 min adamı müvəqqəti işə götürəcək

“Walmart” 150 min adamı müvəqqəti işə götürəcək ABŞ-ın ən böyük supermarket şəbəkəsi olan Walmart marketlərindəki müştəri sıxlığını aradan qaldırmaq üçün 150 min adamı müvəqqəti işə götürəcək.
Biznes
20 Mart , 2020 17:25
“Walmart” 150 min adamı müvəqqəti işə götürəcək

ABŞ-ın ən böyük supermarket şəbəkəsi olan "Walmart" marketlərindəki müştəri sıxlığını aradan qaldırmaq üçün 150 min adamı müvəqqəti işə götürəcək.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir ki, həmçinin supermarket park yerlərində koronavirusun yayılmasının qarşısının alınmasına dair tədbirlər çərçivəsində müayinələrin təşkilinə hazırlaşır.

"Hər şey hazırdır, test çadırlarımız var. Testlər tezliklə başlayacaq", - "Walmart"ın vitse-prezidenti Dan Bartlett bildirib.

Qeyd edək ki, "Walmart"ın dünyanın bir çox ölkəsində 11 mindən çox filialı və 2 milyondan çox işçisi var.

Son xəbərlər

Orphus sistemi