Vyetnam Azərbaycana mikrodalğalı peçlərin ixracını bərpa edib
- 17 may, 2022
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübündə Azərbaycana xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 16 min 738 ədəd mikrodalğalı peç gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,8 dəfə çoxdur.
Hesabat dövründə Çindən 799,17 min ABŞ dolları dəyərində 13 min 435 ədəd, Malayziyadan 148,49 min ABŞ dolları dəyərində 1 min 691 ədəd, Böyük Britaniyadan 65,82 min ABŞ dolları dəyərində 160 ədəd, Türkiyədən 30,59 min ABŞ dolları dəyərində 1 min 293 ədəd, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 26,8 min ABŞ dolları dəyərində 2 ədəd avadanlıq gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Çindən idxal müvafiq olaraq 3,7 dəfə və 4,9 dəfə artıb, Malayziyadan – 61,2 % və 33,6 % artıb, Böyük Britaniyadan – 83 % və 86 % artıb, Türkiyədən – 55 % və 29,5 % azalıb, ABŞ-dan – 29 dəfə və 2 dəfə artıb.
Üç il 9 aylıq fasilənin ardından Vyetnamdan mikrodalğalı peçlərin alışı bərpa edilib. Bu ölkədən 3,23 min ABŞ dolları dəyərində 30 ədəd avadanlıq gətirilir.