Vüsal Şıxəliyev: "Vergi islahatları üzrə bizneslə əməkdaşlıq layihələrin nəticələrini proqnozlaşdırmağa imkan yaradır"

Vüsal Şıxəliyev: "Vergi islahatları üzrə bizneslə əməkdaşlıq layihələrin nəticələrini proqnozlaşdırmağa imkan yaradır" Vergi islahatları həyata keçirərkən bizneslə koordinasiyalı əməkdaşlıq təkmilləşdirilən layihələrin nəticələrini qabaqcadan proqnozlaşdırmağa imkan yaradır.
Biznes
26 Noyabr , 2024 12:01
Vüsal Şıxəliyev: Vergi islahatları üzrə bizneslə əməkdaşlıq layihələrin nəticələrini proqnozlaşdırmağa imkan yaradır

Vergi islahatları həyata keçirərkən bizneslə koordinasiyalı əməkdaşlıq təkmilləşdirilən layihələrin nəticələrini qabaqcadan proqnozlaşdırmağa imkan yaradır.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, koordinasiyalı fəaliyyət özəl sektorun və maraqlı tərəflərin mənafelərinə xidmət edir. “Qanunvericiliyin inkişaf etdirilməsi və müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi onların düzgün tətbiqindən asılıdır. Bu baxımdan, həmin müddəaların aydın və səlis başa düşülməsi, eyni zamanda düzgün tətbiqi olduqca vacibdir. Məlumatların assosiasiya üzvlərinə ötürülməsi və daha geniş auditoriyada yayılması yalnız birgə əməkdaşlıq çərçivəsində mümkündür”, - deyə o vurğulayıb.

V. Şıxəliyev əlavə edib ki, beynəlxalq reytinq üzrə komissiyanın strukturları çərçivəsində Naxçıvanda fəaliyyət göstərən biznes nümayəndələrinin də iştirakı təmin ediləcək: “Bu barədə bizə Naxçıvan Nazirlər Kabinetindən müraciət daxil olub. Komissiya rəhbərliyi müraciəti müsbət qiymətləndirərək müvafiq istiqamətlər üzrə addımlar atdı. Bu təşəbbüs komissiya çərçivəsində vahid sinergiyanın yaradılmasına geniş imkanlar açır. Nəticədə Naxçıvandan olan şirkətlər islahat prosesində aktiv iştirak üçün bərabər şərait əldə edəcəklər”.

Son xəbərlər

Orphus sistemi