Vüsal Qasımlı almanlara Qarabağın inkişaf strategiyasından danışıb

Vüsal Qasımlı almanlara Qarabağın inkişaf strategiyasından danışıb İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) üzvlərinin ümumi yığıncağında çıxış edib.
Biznes
4 Dekabr , 2020 10:14
Vüsal Qasımlı almanlara Qarabağın inkişaf strategiyasından danışıb
Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) üzvlərinin ümumi yığıncağında çıxış edib.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Məlumata görə, V.Qasımlı Azərbaycandakı yeni iqtisadi perspektivlərdən danışıb. O, ilk öncə toplantı iştikaçılarının diqqətinə Azərbaycanın bu ilin sentyabr ayının 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatları, müzəffər ordunun əldə etdiyi qələbə barədə məlumatlar təqdim edib.

Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu strategiyası həyata keçirilir. Bu inkişaf strategiyası işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək.

İcraçı direktor bildirib ki, Qarabağın inkişaf strategiyasına uyğun olaraq, dövlət sərmayələri ilə yanaşı dövlət-özəl əməkdaşlığı formatından istifadə oluna bilər. Həmçinin Qarabağa yerli və xarici özəl sərmayələr, kreditlər, qrantlar, texniki yardım, kraudfandinq, kraudinvestinq, vençur kapitalı, mələk və toxum investisiyaları cəlb olunacaq. Qarabağda investorları cəlb edə biləcək strateji aktivlər, zəngin resurslar və xarici bazarlara çıxış imkanları var.

Onlayn keçirilən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Dr. Wolfgang Manigin, AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann, AHK Azərbaycanın İdarə Heyətinin üzvü Fərid İsayev də çıxışlar ediblər. Qeyd edək ki, onlayn görüşdə AHK-nın 70-dən artıq üzvü iştirak edib.

Son xəbərlər

Orphus sistemi