Azərbaycanda yaradılan hər 10 startapdan 1-i inkişaf edə bilir.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Enterprise Azerbaijan" portalının "StartUp School" layihəsinin məzun günündə bildirib.
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da startapların əsas problemi investorlarla əlaqələrinin olmamasıdır. "Enterprise Azerbaijan" və bu kimi platformalar bu əlaqələrin yaradılmasına xidmət edir. Dünyada hər il 300 mindən artıq startap yaranır. Ən böyükləri ABŞ, Çin, Böyük Britaniya və Albaniyada yaranır. Azərbaycan kimi balaca ölkələrdə böyük startaplar yaranmır. Bu, bir qanunauyğunluqdur. Böyük startaplar üçün böyük imkanlar lazımdır", - deyə o qeyd edib.