Voronejdə “Azərbaycan nemətləri” stendi açılıb

Voronejdə “Azərbaycan nemətləri” stendi açılıb Rusiyanın Voronej şəhərindəki “Tvoy dom” hipermarketində “Azərbaycan nemətləri” stendi açılıb.
Biznes
18 Oktyabr , 2021 15:39
Voronejdə “Azərbaycan nemətləri” stendi açılıb

Rusiyanın Voronej şəhərindəki “Tvoy dom” hipermarketində “Azərbaycan nemətləri” stendi açılıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu, "Azərbaycan Ticarət Evi" layihəsi çərçivəsində baş tutub və Voronej sakinləri "Made in Azerbaijan” brendi altında satılan məhsulları əldə etmək imkanı qazanıb.

Stendin açılış mərasimində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. O bildirib ki, bundan sonra da Rusiyada “Azərbaycan nemətləri” adlı bir neçə konseptual mağazanın açılışı nəzərdə tutulub.

Tədbirdə həmçinin qeyd olunub ki, bu ilin 8 ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard dollara yaxın olub.

“Tvoy dom” ticarət mərkəzləri şəbəkəsinin Marketinq departamentinin rəhbəri Məhərrəm Əhmədov da deyib ki, son illər Rusiya bazarında Azərbaycandan olan məhsullar özünün rəqabətqabiliyyətliliyi ilə seçilir və onları alıcılar böyük rəğbətlə qarşılayır.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi azərbaycanlı ixracatçılara kompleks dəstək sisteminin formalaşdırılması, habelə Rusiya bazarında azərbaycan məhsullarının təbliği üzrə “Azərbaycan ticarət evi” adlı konsepsiya hazırlayıb. 2018-ci ildən həyata keçirilən “Azərbaycan sovqatları” layihəsi həmin konsepsiyanın tərkib hissəsidir. Layihənin rəhbəri Aleksandra Zinatova qeyd edib ki, əsas məqsəd Azərbaycan məhsullarının Rusiyaya ixracını artırmaqdır: "Mən vurğulamaq istərdim ki, bu konsepsiya çərçivəsində 9 ayda dəyəri 10 milyon ABŞ dollarından çox olan Azərbaycan məhsulları Rusiyaya ixrac edilib. Bu işimizin davamı olaraq bu gün biz Voronejdə daha bir Azərbaycan məhsullarından ibarət stendin açılışını etdik”.

Son xəbərlər

Orphus sistemi